Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
11 Dekabr 2015 13:36 SosialGənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "OLAYLAR"-a verdiyi xəbərə görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcəklər. Qəbul Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında baş tutacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31