Yaradıcılıq festivalı keçiriləcək
7 Dekabr 2015 12:09 SosialGənclər və İdman Nazirliyi tərəfindən "10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü" münasibəti ilə gənclərin yaradıcılıq festivalını keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə, ilk olaraq 8 dekabr tarixdə "Abşeron" Rəsm Qalereyasında İnsan hüquqlarına həsr edilmiş rəsm sərgisinin açılışı və R.Behbudov adına Mahnı Teatrında insan hüquqlarından bəhs edən teatr səhnəciklərinin göstərilməsi nəzərdə tutulur. Rəsm sərgisinin açılışı və teatr səhnəciklərinin nümayişi dekabrın 8-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31