Binəqədidə müşavirə keçirilib

Son günlər ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr ayrı-ayrı dövlət qurumları, rayon icra hakimiyyətlərində geniş müzakirə olunur. "OLAYLAR"-ın xəbərinə görə, belə tədbirlərdən biri  Binəqədi Rayon İcra Hakimiyyətində baş tutub. Məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iştirakı ilə aparatın məsul əməkdaşlarının müşavirəsi keçirilib. Müşavirədə son günlərdə baş verən ictimai-siyasi hadisələr və vətəndaş müraciətlərinin təkmilləşdirilməsi ətrafında müzakirələr aparılmış. Sonda Rayon İcra Hakimiyyətinin başçısı müvafiq tapşırıq və tövsiyyələrini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31