Oğuzda və Şəkidə gənclər siyasətinə həsr olunmuş seminar keçirilib

Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 24-28 noyabr 2015-ci il tarixdə Oğuz rayonunda və Şəki şəhərində "Azərbaycanda Gənclər Siyasəti: Mərhələlər, Nailiyyətlər və Perspektivlər" adlı seminar keçirilmişdir. Seminarda müxtəlif ölkələrdən türk dünyasının nümayəndələri və yerli qeyri hökumət təşkilatlarının üzvləri iştirak etmişdir. ın iyirmi nəfər xarici qonağın və rayonun otuz nəfər fəal gəncinin iştirakı ilə keçirilməsi planlaşdırılıb.
Seminar zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, həmçinin Oğuz və Şəki gənclər və idman idarələrinin rəhbərləri məruzəçi qizmində çıxış etmişdilər.
Seminarın əsas məqsədi ölkəmizin gənclər siyasətində əldə etdikləri uğurlar və nailiyyətlər haqqında xarici qonaqları məlumatlandırmaq, Türk Dünyasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan təcrübəsindən faydalanmağı təmin etməkdi. Seminarın keçirildiyi tarixdə TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyinə dair xəbərlərin yayılması qonaqlar tərəfindən məmnuniyyət hissi ilə qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31