Ağacəkmə aksiyası keçirilib
1 Dekabr 2015 12:08 SosialHeydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində paytaxtın Binəqədi rayonunda ağacəkmə və yaşıllaşdırma aksiyalarının keçirilməsi davam etdirilir. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində "Birgə Yaradaq" layihəsinin təşəbbüsü ilə rayonun Xocasən qəsəbəsi, Motodrom yaşayış massivi, Bakı Atıcılıq Mərkəzinin yaxınlığındakı ərazidə növbəti ağacəkmə aksiyası keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələrinin nümayəndələri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Aksiya zamanı ümumilikdə 500 ədəd ağac əkildi və onlara qulluq göstərilib.