“ASAN könüllüləri” təcrübəyə başladılar

Binəqədi Rayon İcra Hakimiyyətində "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlayacaq üzvləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışaraq gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış "ASAN xidmət" mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31