Azərbaycan gəncliyi 2016-2020- ci illərdə” Dövlət Proqramının müzakirə olundu

Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin rəhbərliyi altında "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi olub. GİN-in mətbuat katibi Səmayə Məmmədova "OLAYLAR"-a bildirib ki, müzakirədə müxtəlif dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak edib.
İclas zamanı dövlət qurumlarının rəsmiləri tərəfindən gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də digər istiqamətlərdə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31