Ölkə birinciliyi başa çatıb
12 Noyabr 2015 17:02 SosialAzərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" idman- sağlamlıq kompleksində Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə 2004- cü il və daha aşağı yaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışlarda Qaradağ rayonu UGİM -in, "Lokomotiv " İSM-in, "Neftçi" İK-nin, Bakı Tennis Məktəbinin, eləcə də Sumqayıt, Şabran, Şirvan və Şəki şəhərlərinin 50 -dən artıq idmançısı yüksək mükafatlar uğrunda mübarizə aparıb. Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse - prezidenti Fazil Məmmədov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fiziki - mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin idman imicinin yüksəldilməsi, idmanın maddi - texniki bazasının möhkəmləndirilməsi , bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Federasiyanın vitse - prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını, onun inkişafı istiqamətində görülən işləri vurğulayıb. Yarışda Şabran şəhərinin təmsilçisi, məşqçi Zakir Cavadovun yetirməsi olan 6 yaşlı Şəbnəm Mansurova iştirak edib və o, ən azyaşlı fəal idmançı kimi diploma layiq görülüb.