Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edəcək
3 Noyabr 2015 15:21 SosialGənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboy rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "OLAYLAR"-a verdiyi xəbərə görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində başlanacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 3-dən 5-dək aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31