Siyasət

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər

15 Mart 2017 18:44

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib.

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb

15 Mart 2017 17:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.

Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib - YENİLƏNİB

15 Mart 2017 17:48

Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

“Günəşli” yatağında daha bir quyu istismara verilib

15 Mart 2017 17:07

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 271 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2977-2900 metr intervaldan sutkalıq 82 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Qarşılıqlı siyasi münasibətlərdən doğan iqtisadi əməkdaşlıq

15 Mart 2017 16:35

Azərbaycanın regionda artan nüfuzu, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilməsi, ən əsası zəngin təbii ehtiyatları ölkəmizə olan marağı hər ötən gün artırır. Xüsusilə, rəsmi Bakıya olan bu maraq, diqqət Avropada daha çox özünü büruzə verir. Son vaxtlar qarşılıqlı səfərlərin artması, Avropanın siyasi institutları ilə ikitərəfli formatda çox mühüm müzakirələrin keçirilməsi də deyilənlərin sübutudur.

Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm impuls verəcək

15 Mart 2017 16:08

“Prezident İlham Əliyevin son rəsmi səfərlərinin təhlilini apararkən ilk növbədə belə nəticəyə gəlmək olar ki, dövlətimizin başçısı balanslı siyasət yürüdərək Azərbaycanın dünya birliyindəki əhəmiyyətli mövqeyini nümayiş etdirir”.

Prezident Fransada cəsarətli siyasi iradəsini ortaya qoydu

15 Mart 2017 16:03

“Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri çox əhəmiyyətli və uğurlu bir səfərdir. Bu səfəri çox müsbət və yüksək qiymətləndirirəm. Belə demək mümkünsə, Prezidentin bu səfəri həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir”.

XİN: Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır

15 Mart 2017 15:47

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması qəsdən danışıqların pozulması, boykot və şantaj deməkdir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir.

"Prezident İlham Əliyevin Fransaya səfəri səmərəli və ümidvericidir"

15 Mart 2017 15:41

"Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri həddən artıq məzmunlu və ümidvericidir". Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Prezidentin Fransa səfəri münaqişənin həllinə müsbət təsir göstərəcək”

15 Mart 2017 15:26

“Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi sferada inkişaf edir”. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Fuad Muradov Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.

"Prezident İlham Əliyevin Fransaya səfəri Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərdir"

15 Mart 2017 15:09

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri çox uğurlu bir səfərdir. Bu səfər həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir.

ATƏT Qarabağda emissarlarını artırmaq istəyir

15 Mart 2017 14:54

Dağlıq Qarabağ problemini həll etməkdən başqa bütün işlərlə məşğul olan ATƏT-in Minsk qrupu indi də müşahidə missiyasının say tərkibinin artırılması üzərində işləyir. Hər halda yayılan xəbərlərdə qeyd edilir ki, Anjiy Kasprşik belə bir təşəbbüslə çıxış edib. Bu arada rəsmi Bakı Vyanaya müraciət edərək Anjiy Kasprşikin- rəhbərlik etdiyi missiyanın üzvlərinin sayının artması ilə bağlı mövqeyinə rəsmi izahat verilməsini istəyib.