Siyasət
Razi Nurullayev müxalifəti qınadı
“Heç kim göydən yerə zənbil ilə enməyib. Hər kəs əvəzoluna bilər, əslində əvəzolunmaz insan yoxdur. Siyasətçilər də, həmçinin”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.
Tomas de Valldan mühüm Qarabağ açıqlaması: "Müharibə istəmirlərsə..."
Ötən il Qarabağ məsələsinin nizamlanması üçün olduqca təhlükəli olub və bu ilin də təmas xəttində ciddi silahların tətbiqi imkanı baxımından daha çətin olacağı istisna edilmir. Bunu Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin diplomatik yolla həllinin alternativi yoxdur. Bunu Vyanada əldə olunan razılaşma da sübut edir.
Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər
Ermənistanın Lapşin məsələsində Belarusa müraciət etməməsi barədə bəyanat həqiqəti əks etdirmir. Bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəriTiqran Balayan deyib: "Biz bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə Belarusa dəfələrlə müraciət etmişik".
Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımlarını yada salıb. Bu barədə Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.
"Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir"
Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir. Bu fikri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"
Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid tamamilə qalmayıb. Bunu Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrono martın 29-da Yerevanda keçirdiyi mətbuat konfransında bidlirib.
Sarkisyanın ölüm qorxusu
“Aprelin 2-i Ermənistanda parlament seçkiləridir. Bu səbəbdən Sərkisyan 2 aydır vurnuxur”. “OLAYLAR”-ın xəbərinə görə, Belə bir açıqlama ilə millət vəkili Elşən Musayev çıxış edib.
Azərbaycan nümayəndə heyəti Avropa Şurasında
Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir.
Sarkisyanın Qarabağdakı bəyanatları erməni mətbuatının hədəfində
Martın 25-də Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan Dağlıq Qarabağa səfəri və həmin səfərdə onun tərəfindən səslənən bəyanatlarının ardınca, ölkənin müxalifətyönlü KİV-ləri bu bəyanatları qeyri-ciddi fonda ictimailəşdirməkdə davam edirlər.
Sarkisyanın hədəsinin arxasında seçkilərdə qalib gəlmək istəyi dayanır
Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib və onun bu hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: ”Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Sarkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın”.
ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni planı nə vəd edir?
“Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan çıxarıb, BMT çərçivəsinə daxil etməyin heç bir mənası olmayacaq. Əgər BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə əlaqədar 4 qətnaməsi yerinə yetirilmirsə, daha bir qətnamənin qəbulu və onun yerinə yetirilməməsinin bizim üçün nə faydası ola bilər? Əsas məsələ mövcud olan qətnamələrin yerinə yetirilməsi mexanizminin həyata keçirilməsidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
"Sarkisyanın Azərbaycanı hədələməsi ona baha başa gələ bilər”
“Sarkisyanın Dağlıq Qarabağda müharibə ritorikası ilə çıxışlar etməsi onun reallıqda deyil, hələ də təsir altında qaldığı böyük Ermənistan iddiası altında yaşadığını göstərir”. Bunu deputat Aydın Mirzəzadə deyib.
Siyasi şərhçi: “Sarkisyanın açıqlamaları yalnız gülüş doğura bilər”
“Bizdə bir deyim var: vuran oğul dayısına gənəşməz. İndi bu Sarkisyan da vuran oğuldursa, buyursun, Azərbaycanı “İsgəndər” silahları ilə vursun. Təbii ki, vura bilməz. Elə onların öz içindən olanlar Sarkisyanın bu açıqlamasını qeyri-ciddi qəbul edir, lağa qoyur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Cümşüd Nuriyev: “Ermənistan Azərbaycanı sakitləşdirməyə çalışır”
“Bu gün ATƏT-in Minsk qrupun ABŞ-ın ona verdiyi konspekt əsasında hərəkət edir. Bildiyiniz kimi aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkə parlamentli respublikaya keçid edəcək. Çünki bunlar ötən illəri də referendum elan etdilər. İndidə parlament prezidenti seçəcək. Yəni Sarkisyan dəqiq olaraq prezident olmayacaq. Bu birmənalı belədir. Bu proseslər Azərbaycanı yenidən 6 ay gözləmə mövqeyində saxlamağa xidmət edən addımdır”.
Azərbaycan prezidenti BP-nin regional prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.














