Siyasət

Regionda sabitliyin təmin olunmasının yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır

7 İyul 2017 13:59

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a daxil olan bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib. Bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı

7 İyul 2017 13:55

Milli Məclisin depitatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib. “Olaylar” xəbər verir ki, millət vəkili qeyd edib ki, bu gün ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır.

Azərbaycanın tarazlaşdırılmış siyasəti kimləri narahat edir?

7 İyul 2017 13:52

Keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata Azərbaycan Silahlı Qüvvələrinin verdiyi layiqli cavab, eləcə də uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsindən sonra istər yaxın qonşu, istərsə də uzaq ölkələr, həmçinin beynəlxalq təşkilat və qurumlar tərəfindən Azərbaycana olan münasibət dəyişməyə başladı.

Rusiya XİN-in qeyri-obyektiv yanaşması

7 İyul 2017 13:51

Vaxtaşırı şimal qonşumuz Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə tərəfsizlik prinsipini bir kənara qoyub, ATƏT-in Minsk qrupunda təmsil olunduğunu nəzərə almadan açıq və dolayı şəkildə Ermənistanın maraqlarına xidmət edən addımlar atır, açıqlama və bəyanatlar verir.

Ali Radanın deputatı: "Ermənilər tərəfindən iki yaşlı uşağın öldürülməsi növbəti hərbi cinayətdir"

7 İyul 2017 13:49

Azərbaycanın iki vətəndaşının, o cümlədən iki yaşlı uşağın öldürülməsi beynəlxalq ictimaiyyətin pislədiyi növbəti hərbi cinayətdir. Onun təşkilatçılarını isə hərbi tribunal gözləyir. Bu, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Maksim Kuryaçinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, bu faciə müxtəlif dondurulmuş münaqişələrdə status-kvonun qəbuledilməzliyini bir daha təsdiq edir.

Münaqişədən ən çox zərər çəkən Azərbaycan qadınlarıdır

7 İyul 2017 13:45

Dünyada heç nə insan həyatından daha dəyərli deyil. Düşmən bizdən insanlarımızın dəyərli həyatlarını almaqdadır. Qondarma tarix, əsassız torpaq iddiaları, ardından da insanlığa qarşı fiziki və mənəvi terror. Son 26 ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, dinc sakinlərimizin və hərbçilərimizin məhv edilməsi ilə keçib.

Ermənistan beynəlxalq sanksiyaya məruz qala bilərmi?

7 İyul 2017 13:42

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Beynəlxalq ictimaiyyət erməni vandalizminə biganədir

7 İyul 2017 13:39

Cəbhədə erməni təxribatının sayı və miqyası artdıqca, beynəlxalq təşkilatlar və qurumların da erməni vandalizmi və terrorizminə biganə münasibəti özünü çılpaqlığı ilə göstərir. Necə ki, bu günlərdə işğalçı Ermənistan daha bir vandalizm və insanlıq əleyhinə cinayətə əl ataraq yenidən Azərbaycanın kəndlərinə, mülki vətəndaşlara atəş açaraq 2 yaşlı Zəhranı və onun nənəsini qətlə yetirdi. Bununla İrəvan bir daha terrorçu və vandal bir ölkə olduğunu ortaya qoydu, insanlıq əleyhinə cinayətlər törətməyə davam edəcəyini nümayiş etdirdi. Bu həm də Ermənistanın, eləcə də onun havadarlarının Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllinə maraqlı olmamaları, mövcud status-kvonu saxlamağa cəhd göstərdiklərinin təsdiqidir. Ən azı iyulun 4-də baş vermiş erməni təxribatına olan beynəlxalq səssizlik bunu deməyə əsas verir.

Kristof-André Frassa: “Azyaşlıların hədəfdə olması  ağırdır”

7 İyul 2017 13:36

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü Senator Kristof-André Frassa açıqlama verib. Avropa Azərbaycan Cəmiyyəti açıqlamanı “Olaylar” – a təqdim edir:

Belarus XİN ermənilərin Füzulidə qətlə yetirdiyi uşağın ailəsinə başsağlığı verib

7 İyul 2017 13:34

Belarus Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdardır. Bu barədə Belarus Xarici İşlər Nazirliyinin erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.

Mərakeş səfirliyi: "Zəhra Quliyeva və nənəsinin faciəvi ölümündən son dərəcə təəssüf hissi keçiririk”

7 İyul 2017 13:33

“Mərakeşin Azərbaycandakı səfirliyi iyulun 4-də Füzulinin Alxanlı kəndində Zəhra Quliyeva və nənəsinin faciəvi ölümündən son dərəcə təəssüf hissi keçirir”. Bu barədə səfirliyin bəyanatında deyilir. “Biz günahsız qurbanların ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığımızı çatdırırıq”, - deyə bəyanatda bildirilir.

Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

7 İyul 2017 13:26

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah saat 16:00-dən 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.

Azərbaycanlılar Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçirəcək

7 İyul 2017 13:10

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız İyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a DİDK-nin mətbuat xidmətindən daxil olub.

İsveç-Azərbaycan Federasiyası beynəlxalq təşkilatlara etiraz məktubu göndərib

7 İyul 2017 13:08

İsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.

Azərbaycanda təhsil alan əcnəbi tələbələr Zəhra üçün müraciət qəbul ediblər

7 İyul 2017 13:01

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət edib.