Siyasət
Prezident İlham Əliyev: "İKT-nin inkişafı iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində zəruridir"
"Euronews" telekanalında Bakıda keçirilən "Bakutel-2017" sərgisi ilə bağlı reportaj yayımlanıb. Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev "Euronews"un müxbirinin sualını cavablandırıb.
Müsavat partiyasının inkişafı üçün Arif Hacılı başqanlıqdan getməlidir
"Müsavat partiyasında istefalar və fikir ayrılıqları bir əsrlik bir partiyanın parçalanmasına və xalq tərəfindən etimadının azalmasına səbəb olub. Bu gün Musavat partiyası özünün çöküşünü yaşamaqla, Azərbaycan siyasətində mövqeyini zəiflədib".
İlham Əliyev: “Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil”
“Mən şadam ki, gənc idmançılarımız da bizi qələbələrlə sevindirirlər. Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur.
Prezident: “Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir”
“Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevMilli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
Səfir: "İstəyirik ki, Azərbaycana daha çox avropalı, Avropaya isə daha çox azərbaycanlı səfər etsin"
“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır”. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.
Əli Məsimli: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli digər münaqişələrin də həllinə yol açacaq”
“Dağlıq Qarabağ münaqişəsinin beynəxlalq hüquq çərçivəsində ədalətli və tezliklə həlli GUAM-da mövcud digər münaqişələrin də aradan qaldırılmasına yol açacaq”. Məlumata görə, bu barədəMilli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli PA-nın Tbilisidə keçirilən 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, 2016-cı aprelində təmas xəttində baş vermiş döyüşlər göstərdi ki, Ermənistana xaricdən dəstək olmasa, Azərbaycan işğal altındakı torpaqlarını bir neçə günə azad edə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil. ATƏT-in Minsk qrupu fəliyyətini daha da gücləndirməlidir”.
Leyla və Arif Yunuslar Azərbaycana qarşı qorxunc planlarda - Foto/Fakt
Azərbaycana qarşı separatçılıqla məşğul olan “siyasi qaçaq” Ataxan Əbilov dekabrın 17-də facebook səhifəsində özünü və Avropadakı digər separatçıların Kremldən təlimatlandırıldığını ifşa edən şəkil paylaşıb. Fotodan görünür ki, A.Əbilov, Leyla və Arif Yunuslar, həmçinin separatçılığa görə məhkum olunmuş və həbsxanada ölmüş, təxribatçı Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru olmuş Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova rus hüquq müdafiəçisi (?), sovet KQB məktəbinin yetişdirməsi Svetlana Qannuşkina ilə Hollandiyada görüşüb müzakirələr aparıblar. Müzakirələrin detalları haqda təbii ki, açıqlama verməyiblər. Amma bu fotoşəkilin özü bütün detalları açıb ortaya qoyur.
İran mediasında erməni işğalçılığına dəstək təzahürləri
Zaman-zaman cənub qonşumuzun Dağlıq Qarabağ probleminə olan münasibətində Azərbaycanın maraqlarına zidd olan nüanslar müşahidə edirik. Gah Tehran Azərbaycanın hansısa xarici ölkə ilə diplomatik əlaqələrini inkişaf etdirməsinə cavab olaraq İrəvanla daha da yaxınlaşır, gah işğal altında olan ərazilərimizdəki məscidlərin bərpası ilə bağlı cənub qonşumuzdan qeyri-rəsmi də olsa təşəbbüslər səslənir, gah da İranın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqəti əks etdirməyən, daha çox erməni maraqlarına xidmət edən yazılar, məqalələr dərc edilir. Elə bu günlərdə İran İslam Respublikasının nüfuzlu “Şərq” qəzetində dərc edilən material da bunlardan biridir. Məlumat üçün qeyd edək ki, İranın populyar “Şərq” qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürdü və yayımlayıb.
Vitse-spiker: “Qarabağ problemi ilə bağlı Misirin dəstəyi da davam edəcək”
Millət vəkili Qənirə Paşayeva Misir səfərində və rəsmi görüşlərdə əsasən Qarabağ problemini diqqət mərkəzində saxlayıb. “Olaylar” xəbər verir ki, Q. Paşayeva bilfirib ki, Misir səfərində və rəsmi görüşlərdə Qarabağ problemi əsas diqqət mərkəzində olub: “Bir neçə gün əvvəl Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq bu ölkədəki səfirimiz, dəyərli ziyalı Tural Rzayevlə bərabər Misir Parlamentini də ziyarət etdim və sədrin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abd ilə maraqlı görüş oldu və müzakirələr apardıq. Müsəlman ölkəsi olan Misirlə əməkdaşlığın genişləndiriməsində Azərbaycan hər zaman maraqlı olub.
"Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib"
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib. Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təqribən 300 minə yaxın azərbaycanlı Ermənistandan qovulub: "Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində isə 700 minə yaxın həmyerlilərimiz məcburi köçkün vəziyyətinə düşüb".
"Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində iş davam etdirilir"
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında dinamik və səmərəli əməkdaşlıq mövcuddur. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. O qeyd edib ki, bu əməkdaşlığa misal olaraq bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitini göstərmək olar. Səfir bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində işlər aparılır. K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycan Dövlət Miqrasiya Xidməti və digər dövlət strukturları ilə birgə proqramlar həyata keçirir.
Siyavuş Novruzov: "Bəzi ölkələr imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər"
Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər.
NATO: "Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona müsbət təsir edəcək"
Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona müsbət təsir edəcək. Bunu Ermənistanda səfərdə olan NATO baş katibinin müavinin Ruz Qotemuller deyib.
Düşmən 112 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.
GUAM PA-nın sessiyasında Dağlıq Qarabağ məsələsi qaldırılıb
“GUAM-a üzv ölkələri ümumi ağrı - ərazi bütövlüyü məsələsi birləşdirir”. Məlumata görə, bunu Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında deyib.














