Siyasət
Siyavuş Novruzov: “Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm”
"Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib". Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov bildirib.
Ukraynada Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.
Prezident seçkiləri ilə əlaqədar 4 seçki məntəqəsində nəticələr ləğv edilib
Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. Məlumata görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.
MSK sədri: "Prezident seçkiləri Azərbaycan tarixinə yazılan ən uğurlu səhifələrdən biridir"
"Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkinin təşkili ilə bağlı razılıqlarını bildiriblər". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb
Bu gün Mərkəzi seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclası başlayıb. Məlumata görə, MSK Seçki Məcəlləsinə əsasən səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Politoloq: "ATƏT DTİHB-nin seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı reallığı əks etdirmir və obyektivlikdən tamamilə kənardır. Bunu politoloq Fikrət Sadıqov deyib.
Atəşkəs 87 dəfə pozulub
Sabah MSK prezident seçkilərinə yekun vuracaq
Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclas keçirəcək. Məlumata görə, Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.
Milli Şuranın 6 nəfərin həbsinə dair iddiasına DİN-dən açıqlama
"The Jerusalem Post": Seçkilərdə Azərbaycan xalqının iradəsi nümayiş etdirildi
Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin ilkin yekunları açıqlanıb. 3675 seçki məntəqəsi üzrə hesablamalara görə, Azərbaycan dövlətinin indiki başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə səslərin 86,09 faizini toplayıb. Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin yekunlarına həsr olunmuş bəyanatda bildirib.
Deputat: "ATƏT-in Seçki Missiyası Azərbaycan ictimaiyyətinə cavab verməlidir"
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində müşahidə aparan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasını Azərbaycan ictimaiyyətinə cavab verməyə çağırıb.














