Millət vəkilindən təklif: “AXC-nin 100 illik medalının birinci sayı prezidentə təqdim olun
2 May 2018 13:40 Siyasət"Hesab edirəm ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş medalın birinci nömrəsi cənab prezidentimizə təqdim olunmalıdır".
Bunu deyən millət vəkili Aydın Mirzəzadə əlavə edib ki, bu ölkə başçısının həm dövlət qarşısında, həm də AXC-nin 100 illik yubileyindəki fəaliyyətində oynadığı rolu əks etdirmiş olar: "Məlum olduğu kimi, cənab prezidentimiz Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı fərman imzalayıb. AXC-nin tarixi və əhəmiyəti barədə öz çıxışlarında, fəaliyətində, görüşləində kifayət qədər danışıb. Ona görə də bu medalın 1-ci sayının prezidentə verilməsi yerinə düşərdi".
Millət vəkili onu da təklif edilib ki, bu gün 18-25 yaş arasında olan, elm və təhsildə ilkin addımlarını atan , ictimai fəaliyyətdə özünü mücbət tərəfdən göstərmiş bütün gənclər də bu medalla təltif edilsin: "Düzdür, bu onların hələ ki, ilk addımlardır. Hələ gələcəkdə onlar özlərini nə cür göstərəcəkləri məlum deyil. Amma çox istərdim ki, onlar ahıl yaşlarında, 80-90 yaşlarında indiki yüzilliyin ab-havasını döşündə medal daşımaqla göstərsinlər".