Siyasət

Mübariz Əhmədoğlu: “Sarkisyan dəhşətli dərəcədə həyasız adamdır”

23 Aprel 2018 19:09

“Bu Azərbaycanın apardığı siyasətdir, Azərbaycanın yaratdığı Ermənistandır, şəxsən ölkə prezidentinin apardığı siyasətin məntiqi nəticəsidir ki, Ermənistan acınacaqlı vəziyyətə düşməklə Serj Sarkisyan istefa verməyə məcbur oldu”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Sahibə Qafarova: "AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir"

23 Aprel 2018 18:57

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya barədə hesabatı qeyri-obyektivdir. Məlumata görə, bunu Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın yaz sessiyası zamanı deyib.

Müdafiə Nazirliyi: "Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir"

23 Aprel 2018 18:25

Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin bəyanatında qeyd olunur: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Ermənistanda baş verənlər Qarabağın azadlığı üçün nə vəd edir?

23 Aprel 2018 18:19

Ermənistanda başlayan etirazlar nəticəsini verdi. Bu, Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə ac xalqın etirazı idi. Həm də, təkcə son hadisələrlə bağlı deyil, erməni cəmiyyətində son illərdə yığılmış qəzəbin inikasıdır. Etirazların səbəbi əslində siyasi deyil, daha çox sosial-iqtisadi faktorlarla bağlıdır. Ölkənin soisial-iqtisadi partlayış həddinə gəlməsi əhalini qəzəbləndirdi.

Səməd Seyidov: "18 ildir, AŞPA-dayam, kimsə məni korrupsiyada ittiham edə bilməz"

23 Aprel 2018 18:13

“Bu gün AŞPA-da çıxış etmək asan deyil. Burada bizim ölkəmizi tamamilə ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”. Məlumata görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib.

Deputat: "Ermənistan xalqı onu hər şeydən məhrum edən "Qarabağ klanı"nın girovluğundan xilas oldu"

23 Aprel 2018 18:01

Ermənistan xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran "Qarabağ klanı"ndan canını qurtardı.

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

23 Aprel 2018 17:56

Hakimiyyətdə “əbədi” qalmaq üçün Ermənistanı parlament respublikasına keçirdərək baş nazir postuna seçilən Serj Sarkisyana qarşı aprelin 13-dən başlayan etiraz aksiyaları nəticə verdi və Sarkisyan istefa verməyə məcbur oldu.

Avropa Şurasında "Azərbaycan" araşdırması bitdi: "AŞPA deputatları etik prinsipləri pozublar"

23 Aprel 2018 17:07

Avropa Şurasında Azərbaycanın bəzi avropalı deputatları rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddiaları ilə bağlı istintaq başa çatıb. Təhqiqat qurumu belə qənaətə gəlib ki, Avropa Şurası Parlament Assambleyasının bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

Yeni Baş nazir fəaliyyətinin icrasına başlayıb

23 Aprel 2018 15:57

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov fəaliyyətinin icrasına başlayıb.  Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir. Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da fəaliyyətinin icrasına başlayıb.

“Bu, korrupsiyanın azaldılmasına qarşı görülən nümunəvi işlərdən biridir”

23 Aprel 2018 15:54

“İlham Əliyev prezident seçildiyi andan hər zaman korrupsiya ilə mübarizəni prioritet məsələ kimi qoyub. Təsadüfi deyil ki, prezidentin imzaladığı 4 proqram məhz korrupsiya ilə bağlı olub. Bu barədə fərman və sərəncamlar imzalanıb. Ölkədə struktur sistemli islahatlar aparılır, yeni qərarlar qəbul edilir. Ortaya qoyulan nə yaxşı nümunələrdən biri ASAN Xidmətdir”.

Hökumətdə həyata keçirilən islahatlar səmərəli fəaliyyətdən xəbər verir

23 Aprel 2018 15:48

Prezident seçkilərindən sonra hər kəsi yeni formalaşacaq hökumət kabinetinin tərkibi maraqlandırırdı. Düzdür, əvvəlki hökumət kabineti də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlir, ölkənin iqtisadi inkişafına öz töfəsini verirdi. Lakin həm kabinet üzvlərinin bir çoxunun səhhətinin qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərmək üçün yetərli olmaması, eyni zamanda müasir tələblərə uyğun daha cevik fəaliyyətin zəruriliyi yeni formalaşacaq hökumət kabinetində müəyyən dəyişikliklərin olacağını qaçılmaz edirdi. Və həftə sonu bütün bu gözlənilənlər öz təsdiqini tapdı.