Paşinyanın Ankaraya çağırışına qardaş ölkə səfirindən cavab

Türkiyə və Azərbaycanın Ermənistanla əməkdaşlığı bu ölkə ancaq işğalçılıq siyasətindən əl çəkəndən sonra mümkün ola bilər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.

Səfir qeyd edib ki, Ermənistan Türkiyənin qardaş dövləti olan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə bu ölkə ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

"Məsələ Ermənistanda iqtidarın dəyişməsi məsələsi deyil, problemin həlli 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıtması ilə bağlıdır. Rəsmi İrəvan bu problemi həll etdiyi təqdirdə əməkdaşlıqla bağlı danışıqlara gedilə bilər", - Özoral qeyd edib.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Türkiyəyə heç bir ilkin şərt qoymadan danışıqlara başlamağa hazır olduğu, Türkiyənin də Azərbaycanla bağlı ilkin şərtindən imtina etməsi barədə çağırış etmişdi.

Türkiyə XİN isə dərhal verdiyi cavabda yalnız Azərbaycan ərazisi işğaldan azad edildikdən sonra Ermənistanla müzakirələr aparıla biləcəyini açıqlamışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31