Siyasət

Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana qarşı tacavüzü barədə veriliş hazırlayıb

2 İyul 2018 18:58

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı müfəssəl material yayımlanıb.

“Əli Kərimli az qalır şortik geyinən qızın qalmaqalını da siyasiləşdirsin”

2 İyul 2018 16:23

“Azərbaycanda sosial şəbəkədə saxta profillərin yaranmasının ideya müəllifi Əli Kərimlidir. Hətta bir neçə il bundan qabaq Əli Kərimlinin yanından istefa verən şəxslər mətbuatda açıqlama verirdilər ki, Kərimlinin tapşırığına əsasən hər bir partiya üzvü özünə 10 saxta profil açmalıdır və “facebook” sosial şəbəkəsində fəaliyyət göstərməlidir”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

“Rusiyanın Ermənistana Azərbaycan mövqeyindən baxışını təmin etməyə çalışdıq”

2 İyul 2018 15:28

“Konfrans işçi qrupun təşəbbüsü ilə baş tutdu və bir qrup rusiyalı ictimaiyyət nümayəndəsinin, deputatların Cocuq Mərcanlıya, Lələ Təpəyə səfəri gerçəkləşdi. Bu konfrans “Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən yaxın strateji müttəfiqidir” ideyası istiqamətində qurulmuşdu. Tədbiri Cocuq Mərcanlıda, işğaldan azad olunan ərazidə keçirməklə ilk dəfə Rusiyanın Ermənistana Azərbaycan mövqeyindən baxışını təmin etməyə çalışdıq”.

“Parad gücümüzü, real qələbələrimizi bir daha ortaya qoydu”

2 İyul 2018 15:18

“Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Bakıda keçirilən Hərbi Parad onu göstərdi ki, Azərbaycan Ordusu son model texnologiyalarla, silahlarla təmin və təchiz olunub. Bu onu göstərir ki, həmin silahları almaq üçün əlbəttə ki, güclü iqtisadiyyata və güclü büdcəyə malik olmaq lazımdır”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır"

2 İyul 2018 15:16

BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

Sevinc Fətəliyevaya AŞ PA-da vəzifə verildi

2 İyul 2018 15:01

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

“Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın atdığı addımlara beynəlxalq səviyyədə dəstək verilir”

2 İyul 2018 14:42

“Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası indiyədək xeyli işlər görüb. Əminəm ki, görülən işlərlə hədəflərə doğru addım atılıb. Hökumətin apardığı işlər nəticəsində məqsədə çatmış olacağıq, prosesə müsbət töhfəmizi verəcəyik”.