Siyasət

Elxan Şahinoğlu: “Ordumuz nizamlıdır və nizamlı komandanlığı var"

8 Avqust 2018 11:56

““Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan hərbçiləri növbəti dəfə uğur qazanaraq müsabiqənin finalına yüksəlib. Hərbçilərimizin bu uğuru düşmən Ermənistan üçün də bir mesaj, bir xəbərdarlıqdır”. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə 2,0 milyon manat ayrılıb

7 Avqust 2018 18:09

Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan nümayəndə heyəti VI Hun-Türk Qurultayına gedir

7 Avqust 2018 17:16

Avqustun 8-13-də Macarıstanda VI Hun-Türk Qurultayı keçiriləcək. VI Hun-Türk Qurultayında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti avqustun 8-də Macarstana yola düşür. İki ildən bir keçirilən Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcəklər. Həmişə olduğu kimi bu Qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.

Partiya sədri: “Azərbaycanda çox böyük sosial layihələr həyata keçirilib"

7 Avqust 2018 15:05

“Ümumiyyətlə, İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə sosial proqramlara küllü miqdarda vəsait ayrılıb. Təkcə Çernonıl, Qarabağ müharibəsi, Böyük Vətən Müharibəsi əlillərinə deyil, bütövlükdə cəmiyyətin bütün kateqoriyalarından olan insanlara, vətəndaşlara Prezident çox böyük qayğı göstərib”. Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.