Siyasət

"Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır" - Rüfət Quliyev

16 Avqust 2018 15:05

"Aktauda Xəzəryanı ölkələrin dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalaması tarixi nailiyyətdir. 22 il ərzində bu məsələ ilə bağlı aparılan danışıqlar nəhayət ki, öz müsbət nəticəsini verdi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni perspektivlər açır". Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Prezident DSX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verib

16 Avqust 2018 13:01

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Qarabağ klanı Paşinyana qarşı ittifaq yaradır

16 Avqust 2018 12:46

Nikolun kreslosu ləngər vurur Artıq bir ilə yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir ciddi addım atılmır və görüş keçirilmir. Ən son keçən ilin oktyabr ayında Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevlə işğalçı ölkənin devrilmiş sabiq prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdən sonra belə bir formatda yüksək səviyyəli görüşün keçirilməməsi bunu deməyə əsas verir.