Mnatsakanyan Xankəndinə gəlir

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan gələn həftə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcək.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, Mnatsakanyan Xankəndində Qarabağ separatçılarının rəhbəri ilə görüşəcək.

Qeyd edək ki, Mnatsakanyanın Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31