İsrail İndoneziya vətəndaşı olan pilota görə efiopiya təyyarəsinin enişinə icazə verməyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail aviasiya qurumları heyət üzvlərindən birinin İndoneziya vətəndaşı olması səbəbindən "Ethiopian Airlines" şirkətinə məxsus yük təyyarəsinə eniş icazəsi verməyib. Qaydalara əsasən, İsraillə diplomatik əlaqələri olmayan ölkələrin vətəndaşları olan pilotların ölkə ərazisinə uçuş həyata keçirməsi qadağandır.

Addis-Əbəbədən Təl-Əvivə uçan təyyarə imtinadan sonra yanacağını boşaldaraq Efiopiyaya qayıdıb. Pilot dəyişdirildikdən sonra təyyarə yenidən yola düşüb və Təl-Əvivdə uğurla eniş edib.
Qeyd olunur ki, sentyabrın 30-da "Flydubai" təyyarəsində ikinci pilotun kapitana hücum etməsi ilə bağlı yaşanan təhlükəsizlik insidentindən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib və heyət siyahılarını daha ciddi yoxlamağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31