Aİ Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxır: Brüssel Kipri dəstəkləyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrliyə iddialı olsa da, Avropa İttifaqı bu namizədliyin əleyhinə çıxış edir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin bütün tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirsə də, Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand Brüsselin yalnız Kiprin namizədliyini dəstəklədiyini və alternativləri müzakirə etmədiyini vurğulayıb. 

Türkiyənin Kipri bloklaması səbəbindən qurumda böhran yaransa da, Baltikyanı ölkələr Tbilisi variantına kəskin qarşı çıxır. Məsələnin dekabrın 3-4-də Luqanoda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31