Tehrandan Trampa istehzalı cavab: Qalibaf ABŞ-dakı aclıq statistikasını üzə vurdu
15:56 Siyasətİran Parlamenti (Məclis) sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İrandakı iqtisadi vəziyyət və aclıq haqqında bəyanatlarına cavab olaraq sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Olaylar.az xəbər verir ki, Qalibaf paylaşdığı infoqrafikada hər 8 amerikalıdan birinin aclıqdan əziyyət çəkdiyini iddia edən statistik rəqəmləri təqdim edib. İran parlamentinin spikeri Trampın məşhur "Amerikanı yenidən möhtəşəm edək" (MAGA) şüarına eyham vuraraq "AMERİKANI YENİDƏN AC EDİN!" ifadəsini işlədib və ABŞ rəhbərliyini daxili problemləri gizlətməkdə ittiham edib.
Qalibaf qeyd edib ki, Ağ Ev yalan və əsassız bəyanatlarla öz uğursuzluqlarını və ölkə daxilindəki sosial-iqtisadi böhranı pərdələməyə çalışır.
Tehran rəsmisi Vaşinqtonu başqa ölkələrə dərs keçmək əvəzinə, ilk növbədə öz vətəndaşlarının ərzaq təhlükəsizliyi və sosial problemləri ilə məşğul olmağa çağırıb.