14 iyul Müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür- ÖZƏL

"14 iyul 1969-cu il Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür. 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyəti günü kimi qəbul edilir.Ulu Öndərin hörmət və ehtiramla yad edirik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31