Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək
13:59 SiyasətMay ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətində ictimaiyyət qarşısında çıxış edərkən bildirib.
"Mayın ortalarında Türküstandanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılıb. Dünyada mövcud olan qeyri-sabit şəraitdə bu beynəlxalq tədbir xüsusilə əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilatçılığına xüsusi diqqət yetirməlidir", - deyə Tokayev bildirib.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31