Bölgənin gələcəyi azərbaycanlılarsız həll edilməməlidir- ÖZƏL
9 Yanvar 13:29 Siyasət"Hadisələr çox ciddidir və dinamika bizim üçün hələ bəlli deyil. "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" şüarlarının səbəbləri var. Ola bilər ki, indiki hakimiyyət bilərəkdən bu şüarları kütləyə ötürür , lakin gerçəklik ondan ibarətdir ki, pəhləvilər də demokratiklikləri ilə seçilməyiblər". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "İranda çox ciddi proseslər gedir və hər an sistem dəyişə bilər. Lakin, ən əsası ABŞ və İsrailin İran və Türkiyə ilə bağlı gələcək planları ilə bağlıdır. Ona görə diqqətli olmaq lazımdır. Hər bir halda bölgənin gələcəyi azərbaycanlılarsız həll edilməməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31