Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr müzakirə edilib (FOTO)
16:37 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası toplantısı çərçivəsində Niderland Krallığının xarici işlər, sığınacaq və miqrasiya naziri David Van Veel ilə görüş ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb, bu mexanizm vasitəsilə ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində əlaqələr və qarşılıqlı səfərlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31