Prezident İlham Əliyev: Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır
12:36 SiyasətSülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən bildirib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğuladı və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxundu. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu dedi və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31