Üfüqi Monitorinq mexanizmi nə vəd edir- ÖZƏL
12:27 Siyasət"Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə ölkədə Üfüqi Monitorinq mexanizmi tətbiq ediləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Ənənəvi yoxlama və nəzarət mexanizmlərindən fərqli olaraq, Üfüqi Monitorinq vergi ödəyicisi ilə vergi orqanı arasında əməkdaşlıq və qarşılıqlı etimad prinsipinə əsaslanır. Bu, inzibati yükü əhəmiyyətli dərəcədə azaldır. Bu, biznes subyektlərinin vaxt və insan resurslarına qənaət etməsinə, diqqətini əsas fəaliyyətinə yönəltməsinə şərait yaradır.
Təbii ki, bu imtiyaz şərtlərlə bağlıdır. Sahibkarlar avtomatlaşdırılmış uçot proqramlarından istifadə etməli və səmərəli daxili nəzarət sisteminə malik olmalıdırlar. Bu isə iqtisadiyyatda maliyyə intizamını və korporativ idarəetmə standartlarını yüksəldəcəkdir".