ATƏT PA-nın Büro iclasında nələr müzakirə ediləcək- ÖZƏL

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının Büro iclası öz işinə başlayıb. Milli Məclisin deputatı Azay Quliyev "Olaylar"a bildirib ki, iclasın gündəliyinə 2026-cı ildə ATƏT məkanında gözlənilən əsas çağırışların və onların həlli yollarının müzakirəsi, Assambleyanın gələn il üçün prioritetlərinin müəyyənləşdirilməsi, həmçinin Qış Sessiyasının gündəliyinin razılaşdırılması daxildir: "Bundan əlavə, 2026-cı ildə ATƏT-ə üzv 13 ölkədə keçiriləcək seçkilərin müşahidəsinə dair planlaşdırma, hazırkı siyasi proseslərin və yeni regional çağırışların təhlili, eləcə də 4-5 dekabrda Vyanada keçiriləcək ATƏT Nazirlər Şurasının iclasına dair məsələlər də Büro tərəfindən müxakirə ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31