Gültəkin Hacıbəyli ilə bağlı YENİ ŞOK FAKT - 320 min dollarlıq əmlak....
19:03 SiyasətSosial mediada sabiq deputat, Gültəkin Hacıbəyli ilə bağlı yeni iddia yayılıb.
Musavat.com-un xəbərinə görə, paylaşımda bildirilir ki, Hacıbəyli qısa zamanda - cəmi iki il ərzində oturum əldə etmək üçün 320 min dollarlıq əmlak alıb.
Paylaşımda bu ifadələr yer alıb:
"Deyəsən bəzi oturumlar sadəcə oturmaq üçün deyil... rahat oturmaq üçündür. Həyat belədir: biri 2 illik oturum almaq üçün növbəyə dayanır, digəri isə növbənin özünü alır".
Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə olunsa da, iddianı təsdiqləyən rəsmi sənəd və ya açıqlama yoxdur.
Qeyd edək ki, son günlər Gültəkin Hacıbəyli ilə bağlı xəbərlərin artmasının səbəbi onun 30 noyabr 2025-ci ildə İstanbulda saxlanılmasıdır. Türkiyə polisi onun İstanbulda kirayə qaldığı mənzilə gəlib, Hacıbəylini bölməyə aparıb. Daha sonra o, Arnavutköy Deportasiya Mərkəzinə yerləşdirilib. Prosesin "Ramiz Mehdiyev işi" çərçivəsində aparıldığı bildirilir. Deportasiya qərarı hələ tam icra olunmayıb, hüquqi prosedurlar davam edir. Bu hadisələr fonunda onun əmlakı və yaşayış icazəsi ilə bağlı yeni iddialar yenidən gündəmə gəlib.
Məlumat üçün bildirək ki, Gültəkin Hacıbəyli 1973-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2010-2015-ci illərdə deputat olub. Parlamentdə İnsan hüquqları və Dövlət quruculuğu komitələrində fəaliyyət göstərib. Son illərdə müxalifətçi mövqedə çıxışları ilə tanınıb. Kütləvi informasiya vasitələrində daha əvvəl də onun milyonluq mülklərə sahib olması barədə müxtəlif iddialar yayılsa da, bu barədə dəqiq və təsdiqli sənədlər ictimaiyyətə təqdim olunmayıb.