Kərki gerçəkliyi: Azərbaycanın haqlı tələbi və Ermənistanın siyasi manipulyasiyası- ÖZƏL
16:35 SiyasətErmənistanda Azərbaycanın işğalda olan Kərki kəndi ətrafında yenidən isterika başlayıb. Hərbi ekspert Hayk Nahapetyan Kərkinin "qaytarılmasının" Ermənistanı iki yerə parçalaya biləcəyini iddia edir. Halbuki Başkənd məsələsinin strateji əhəmiyyəti yoxdur. Kərki kəndindən keçən yol İrəvanla Zəngəzuru birləşdirir və İran vasitəsilə yük daşınmasına imkan yaradır.
Kərki kəndi məsələsi Azərbaycan-Ermənistan münasibətlərinə və bölgədəki geosiyasi tarazlığa hansı təsirləri göstərə bilər?Ermənistanın Kərkini əlində saxlaması regionda iqtisadi və nəqliyyat məsələlərinə necə təsir edir və uzunmüddətli nəticələri nə ola bilər?

Mövzu ilə bağlı mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, Ermənistan istər rəsmi nümayəndələrinin, istərsə də hansısa ekspertlərinin bu cür isterika dolu çıxışları tamamilə mənasızdır. Çünki birincisi, Kərki Azərbaycanın kəndidir. Bu gün də Azərbaycanın kəndidir, yəni azərbaycanlılara məxsus olan bir kənddir və qaytarılmalıdır. Burada isterika yaradacaq bir şey görmürəm. Yox, əgər ermənilər belə düşünmürlərsə, yanlış fikirlərə gedirlərsə və bu yanlış fikirlər üzərində yaratdıqları isterika ilə erməni cəmiyyətini başqa yerə yönləndirmək, Paşinyana qarşı müəyyən məsələlər formalaşdırmaq, müqavimət yaratmaq kimi niyyətlər ortaya çıxır. Bu cür məsələlər də spekulyasiya ilə nəticələnir. Kərki kəndi məsələsinin həll olunması münasibətlərin bir az daha qaydaya düşməsinə səbəb ola biləcək mühüm bir amildir. Nə baxımdan? Çünki bizə məxsus olanı özümüzə qaytarmaqla münasibətlərin daha da düzəlməsinə, proseslərin daha sürətli şəkildə qaydaya düşməsinə və sülh sazişinin imzalanması ehtimalının artmasına böyük dəstək və töhfə vermiş olacaqlar.
Kərki kəndini əlində saxlamaqla Ermənistan işğalçılıq fəaliyyətini davam etdirdiyini göstərir. Bu da hazırda sülh sazişinin imzalanmasına doğru gedən müsbət prosesə zərbə vuracaq bir amil kimi dəyərləndirilə bilər.
Mən istəməzdim ki, Ermənistan rəhbərliyi bu cür ekspertlərin, "qara gurultular"ın çağırışlarına qulaq asıb onların qışqır-bağırları ilə hansısa addımlar atsın. Əgər Ermənistan tərəfi Azərbaycanın haqlı istəyini və tələbini yerinə yetirsə, Kərkidən və digər oxşar nümunələrdən göründüyü kimi, düşünürəm ki, ölkələr arasındakı münasibətlərin daha normal bir qaydaya salınmasına ciddi dəstək ola bilər".
Zeynəb Mustafazadə