1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycanın inkişafının təməlini qoydu- ÖZƏL
15:43 Siyasət"2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycan dövlətçiliyinin yeni mərhələyə keçidini simvolizə edir". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib: "Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycanın inkişafının təməlini qoydu. Bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi altında zənginləşərək Azərbaycanın zəfərlər əldə etməsinə, suverenliyin bərpasına və dövlət idarəçiliyinin modernləşdirilməsinə gətirib çıxarıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31