Ayxan Hacızadə: “Naxçıvan Muxtar Respublikasında İdarə ləğv edilməyib”

XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib.

Bunu Olaylar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə və XİN-in yeni strukturu təsdiq olunub.

"Təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib. Beləliklə, XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib, sadəcə digər idarələr kimi Nazirliyin Aparatının struktur bölməsi kimi müəyyən edilib", - deyə Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bir sıra saytlarda Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31