Diplomatiyamızın qızıl səhifəsi- ÖZƏL

"Minsk prosesinin tam sona çatdığı və ona bağlı strukturların hamısının əbədi bağlandığı haqda ATƏT-in rəsmi açıqlaması oldu. Bunun Ermənistan ordusunun tör-töküntülərinin Laçını tərk etmələrinin beşinci ildönümünü qeyd etdiyimiz günə düşməsində heç şübhəsiz bir rəmzilik var". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:"Rəmzilik ilk növbədə ondadır ki, Minsk qrupunun həmsədrlərinin qəti istəməmələrinə rəğmən vaxtında Ermənistan hərbçilərinin Laçından getmələri tələbi qoyulmasaydı, Minsk qrupu heç hara buxarlanan deyildi. Əlbəttə, bu prosesin belə bitməsində son 5 ildə sərt və yumşaq xarakterli, hər iki halda qətiyyətli olduğu qədər də zərgər dəqiqliyi ilə atılan addımlar çox mühüm rol oynadı. Sərt xarakterli addımlar deyərkən mən 2023-cü ili sentyabrındakı antiterror əməliyyatı başda olmaqla bir neçə lokal döyüşü nəzərdə tuturam. İkinci qəbildən addımlar isə Azərbaycan dövlətinin diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq. Əgər bu müddətdə qardaş Türkiyə ilə müttəfiqlik anlaşması imzalanmasaydı, Fransanın BMT Təhlükəsizlik Şurasında, eləcə də bəzi beynəlxalq tədbirlərdə əleyhimizə hazırladığı qətnamələrinin təsdiqlənməsinin önünü kəsməyi bacarmasaydıq, Paşinyana "Qarabağ Azərbaycandır" dedirtməsəydik, Bayden-Blinken cütlüyünün təzyiqlərinə tab gətirməyib geri çəkilsəydik, Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqəsi qurmasaydıq, Ermənistanla sülh müqaviləsinin 
paraflanmasını cənab İlham Əliyevin təbirincə desək, "dünyanın bir nömrəli ofisi"ndə Ağ evdə, ABŞ prezidentinin şahidliyi altında baş verməsini təmin etməsəydik, bəzi dövlətlər, özəlliklə də Minsk qrupunun iki həmsədri onun buraxılmasıyla razılaşacaqlardımı? Sual ritorikdir, deyilmi? Bütün bunları indi xatırlatmağımın bir səbəbi var. Söhbət Taleyrandan daha xəyanətkar, ancaq onun qədər uzaqgörən olmayan birinin yaradtığı yığnağın reallaşacağı təqdirdə bütün bu uğurlarımızın üstündən xət çəkəcək məkrindən gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31