Kallas: Ermənistan-Azərbaycan-Türkiyə münasibətlərinin normallaşması bizim maraqlarımıza xidmət edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclasının yekunlarına dair brifinqdə çıxış edib.

Kallas bəyan edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Aİ-nin də maraqlarına xidmət edir.

O, həmçinin vurğulayıb: "Ermənistan-Azərbaycan-Türkiyə münasibətlərinin normallaşması da vacibdir. Bu, bu ölkələrin xalqlarının qarşılıqlı əlaqəsi və rifahı üçün əhəmiyyətlidir. Biz konkret olaraq nə edə biləcəyimizi müzakirə edirik."

Aİ-nin Ali Nümayəndəsi bütün həmkarlarla görüşlər keçirməyin və bütün məsələləri qaldırmağın vacibliyini qeyd edib. O, konkret addımları müzakirə etmək üçün region ölkələrinin nümayəndələrinin iştirakı ilə regional forumlar keçirildiyini bildirib.

Kallasın sözlərinə görə, bəzən kiçik detallar böyük əhəmiyyət kəsb edir, məsələn, "keçid məntəqələrinin açılması, qarşılıqlı əlaqə, enerji infrastrukturu və s".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31