Milli Məclisin deputatları Estoniyaya səfər edəcəklər
15:09 SiyasətMilli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova, qrupun üzvləri Fatma Yıldırım, Şahin Seyidzadə və Erkin Qədirli dekabrın 3-də Estoniyanın Tallin şəhərinə səfər edəcəklər.
Millət vəkilləri burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, Ulu Öndərin əziz xatirəsini yad edəcəklər. Səfər çərçivəsində deputatlar həmçinin Estoniya parlamentariləri və ölkə rəsmiləri görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31