Aİ rəsmisindən SON DƏQİQƏ Azərbaycan və Ermənistan AÇIQLAMALARI

Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq.

Olaylar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.

M. Kos vurğulayıb ki, həm Bakıda Azərbaycan Prezidenti ilə, həm də İrəvanda Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda müsbət siqnallar alıb:

"Bəli, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Düşünürəm ki, sülh mümkündür və hazırda baş verənlər artıq müsbət istiqamətdə irəliləyişdir".

Aİ rəsmisi son aylarda erməni və azərbaycanlı ekspertlərin qarşılıqlı səfərlərini də mühüm addım kimi qiymətləndirib və bunun əvvəllər mümkünsüz göründüyünü xatırladıb.

Marta Kos, həmçinin, sülh prosesində Türkiyənin rolunu xüsusi qeyd edib:

"Sabah Türkiyənin xarici işlər naziri ilə görüşəcəyəm. Biz həm Ermənistan, həm də Azərbaycanla bağlı prosesləri yaxından izləyirik. Bəziləri şübhə edə bilər, amma mən görürəm ki, niyyətlər realdır. ABŞ-nin iştirakı da bu prosesi daha geniş regional sülhə çevirə bilər".

Aİ nümayəndəsi əlavə edib ki, məqsəd Ermənistan və Azərbaycanın davamlı şəkildə sülh içində yaşamasıdır və Avropa İttifaqı bunun üçün bütün səylərini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31