Siyasi partiyalara ayrılan vəsait artırılsın-Deputatdan təklif
12:01 Siyasət"Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib. Deputat qeyd edib ki, hər il yerli özünü idarəetmə sisteminə ayrılan pullarda artımlar olurdu, dotasiyalar verilirdi: "Lakin 2026-cı ilin büdcəsində bu artımlar nəzərə alınmayıb. Hesab edirəm ki, büdcədən bu sistemə artımın ayrılması daha yaxşı olar".
Deputat siyasi partiyalara da daha çox vəsaitin ayrılmasını irəli sürüb: "Azərbaycan dövlətinin maraqlarını vətən xaini olan AXCP və Müsavat istisna olmaqla digər siyasi partiyalar hamısı dəstəkləyirlər. Ona görə, siyasi partiyalara ayrılan pulların da artırılması daha münasib olardı".