Heç bir qüvvə ölkənin strateji maraqlarına xələl gətirə bilməz- ÖZƏL

"Hər hansı siyasi qüvvə və ya fərdin şəxsi və ya qrup marağı naminə Azərbaycanın milli maraqlarına zidd addımlar atmasına qətiyyən göz yumulmayacaq". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Dövlətin hüquqi mexanizmləri bu cür hallara qarşı prinsipial və sərt şəkildə işə düşəcək. Xarici dairələrlə koordinasiyalı, destruktiv mövqe sərgiləyən bütün qruplar qarşısında dövlətin mövqeyi dəyişməzdir: Milli maraqlar müzakirə mövzusu deyil. Azərbaycanın sabitliyinə, təhlükəsizliyinə və gələcəyinə qarşı yönəldilmiş hər bir cəhd dərhal və qətiyyətlə zərərsizləşdiriləcək. Heç bir qüvvə ölkənin strateji maraqlarına xələl gətirə bilməz və buna imkan da verilməyəcək. Bu gün xalqımız Prezidentin ətrafında sıx birləşərək ölkəmizin daha da  güclənməsi üçün səfərbər olub. İşğaldan azad olunmuş ərazilərimizin bərpası da bu baxımdan gücümüzün, birliyimizin nümayişidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31