Tarixi qələbəmizi gözdən salmağa çalışanlar var- ÖZƏL
11:06 Siyasət"44 günlük Vətən müharibəsində qələbəmizə kölgə salmağa cəhd edənlər hələ də var. Vaxtilə Laçının işğalına səbəb olanlar tarixi qələbəmizi gözdən salmağa çalışırdılar. Onlar həmişə bu yolda olub, uğurlarımıza sevinməyənlərdir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Son zamanlar baş verən proseslər isə bu dairələrin yeni təxribatlar törətmək niyyətində olduğuqlarını göstərir. "Azərbaycanın milli maraqları ölkənin siyasi gündəminin və təhlükəsizlik strategiyasının əsasını təşkil edir, dövlətin müdafiə mexanizmləri isə dəyişməz xətt olaraq qalır. Hazırkı regional vəziyyət, daxili siyasi mühitdə mövcud ola biləcək pozucu fəaliyyətlər fonunda təhlükələrin vaxtında aşkarlanması və neytrallaşdırılması dövlət qurumlarının əsas prioritetidir. Uzun illər siyasi proseslərdə təsir imkanlarına malik olmuş bəzi şəxslər, eləcə də radikal ritorika ilə çıxış edən dairələrin zaman-zaman müxtəlif istiqamətlərdən manipulyasiya cəhdləri müşahidə olunur. Bu kimi qrupların fəaliyyət istiqamətləri daim diqqətdə saxlanılmalı, onların mümkün təxribatlarının qarşısı alınmalıdır. Belə elementi fəaliyyətlərin nəzarətsiz qalması ölkə təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər".