Milli Məclisin deputatı Türkiyəyə səfər edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dekabrın 3-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkili səfərdə Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçiriləcək "Türk qadınının seçmə və seçilmə hüququnun 91-ci ildönümü" adlı tədbirdə iştirak edəcək. 
Səfər dekabrın 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31