Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib – Səfir

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir.

Bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Rumıniyanın Milli Gününə və həsr olunmuş tədbirdə deyib.

Vasile Soare vurğulayıb ki, 2009-cu ildə Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayan ilk Avropa İttifaqına üzv dövlət olub.

"İki ölkə arasında əməkdaşlıq siyasi, diplomatik, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əhəmiyyətli dərəcədə genişlənib", - səfir əlavə edib.

Onun sözlərinə görə, birgə iqtisadi komissiya ticarət dövriyyəsinin artmasına töhfə verir və Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsi alternativ mənbələrdən əldə olunan enerjinin Avropa bazarına ötürülməsinə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31