MİLLƏT VƏKİLİ HƏFTƏLİK VƏTƏNDAŞ QƏBULLARINI DAVAM ETDİRİR
17:37 SiyasətBu gün millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhəri, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı seçicilərin, eləcə də digər rayonlardan müraciət edən vətəndaşların sosial, məşğulluq, mənzil-məişət, hüquqi və digər sahələr üzrə qaldırdıqları məsələlər dinlənilib.
Müraciətlərin bir hissəsi yerindəcə operativ şəkildə həll olunub, digər məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına sorğular göndəriləcəyi müraciət müəlliflərinin diqqətinə çatdırılıb.
Millət vəkili vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, fərdi müraciətlərin icra vəziyyətinin nəzarətdə saxlanılacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31