Əli Kərimlinin adamına İTTİHAM ELAN EDİLDİ, Gültəkin Hacıbəylini aeroportda ONLAR QARŞILADI
14:06 SiyasətAXCP-nin üzvü Məmməd İbrahimə ittiham elan olunub.
Axar.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, AXCP sədri Əli Kərimliyə də AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deport edilib.
Gününsəsi.info-ya istinadla xəbər verir ki, sabiq deputatı hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb.
Gültəkin Hacıbəyli DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan "Ramiz Mehdiyev işi" çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.