“Ana müxalifətin” atasının kimliyi 30 ildən sonra məlum oldu- ÖZƏL
1 Dekabr 2025 13:44 Siyasət"Məlumata görə, AXCP sədri Əli Kərimliyə ARCM-nin 278.1 maddəsi ilə cinayət işi açılmışdır. Ramiz Mehdiyevin hakimiyyət hikkəsinin təsadüfi olmadığı artıq öz təsdiqini tapdı". "Olaylar" xəbər verir ki, bu fikri siyasi şərhçi Cümşüd Nuriyev deyib: "İşin faciəsi ondadır ki, özünü müxalifət lideri elan edən birisi hakimiyyətin ən təhlükəli məmuru ilə siyasi birlik yaratmışdır. Həkə çox mədəkəkər işıq üzünə çıxacaqdır. DTX-nın ən böyük xidmtlərindən biri də o oldu ki, "ana müxalifətin" Atasının kimliyi 30 ildən sonra məlum oldu. "Yengəsi Ramiz olanın, axırı belə olamalı idi". Ə. Elçibəyə xəyanət edən, Onun Milli siyasətinə kölgə salan, partiyanı parçalayan Ə Kərimli olduğu indi tam məlumdur. Elçibıy barədə ittihamlarımı götürüb Əlinin üzərinə göndərirəm. İnanıram ki, Bəyin ruhu məni əfv edəcək. Ruhun şad olsun Bəy".