Dağların yaddaşından bölgənin gələcəyinə açılan qapı - LAÇIN – ÖZƏL
13:41 Siyasət"Laçın Azərbaycanın könül və hüquq coğrafiyasından irəli - biləvasitə respublikanın bayrağı altına qaytarılanda həyatımız rəngləbdi, dünyamız işıqlandı, ruhumuz dirçəldi. Bəli, biz Laçının qurtuluşuna torpağın azadlığından daha üstün - bölgənin ruhi-mədəni, mənəvi arxitekturu dəyişdi. Şuşanın görünməmiş hərb uğuru ilə qurtuluşu, ardınca Ağdam və Kəlbəcərin qaytarılması Laçını bir növ Qarabağ-Zəngəzur salnaməsinin son, amma gələcək üçün həlledici səhifəsinə çevirdi. O gündən bəri Güney Qafqazda qüvvələr balansı, təhlükəsizlik anlayışı, geopolitik cığırlar tamam başqa məntiq üzrə yazılır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Laçının 5 ildə yaratdığı gerçəkliklərə baxaq:
Öncələr "dəhliz" kimi tanınan Laçın bu gün Azərbaycan suverenliyinin kilid dağ qapısıdır. Nəinki helikoptür meydançası, heç düz-əməlli avtovağzalı belə olmayan Laçın bu il, hava limanına malik oldu - özü də uluslararası hava limanına!
Bəli, separatizmin nəfəs yolu bağlandı, bölgədə yabançı güclərin "hakimlik meydanı" daraldı, Rusiya sülhməramsızlarının çıxışı ilə Laçın tam şəkildə dövlət sərhədlərimizin hərbi-siyasi sütununa çevrildi.
Laçına qayıdan ailələr, dirçələn kəndlər, dağlara yayılan işıq indi bu məkanı cəbhə xəttindən yaşayış və inkişaf bölgəsinə çevrməkdədir.
Yaxşı, bəs Laçın hansı istiqamətdə böyüyəcək?
Bugün Laçın bölgənin yeni təhlükəsizlik arxitekturunda strateji yüksəklikdir.
Dağların qurduğu təbii istehkam Azərbaycan üçün sabitlik "sığortası"dır; belə bir "sığorta" insan kapitalı, qala-ailələr və yetkin cəmiyyətlə təşəkkül tapır.
Qarabağ-Zəngəzur daşımaçılıq, enerji və kommunikasiya xəritəsinin mərkəz qovşaqlarından biri məhz Laçından keçir.
Ermənistan Respublikası ilə mümkün barışın gerçək yoxlanışı da Laçın olacaq: bir tərəfdə travmalar, o biri tərəfdə qürurlu qayıdış - bu iki yaddaşın necə uzlaşacağı bölgənin gələcəyini müəyyən edəcək.
"Laçın artıq savaşın ötəsində barışın tonunu müəyyən edir.
Beş il öncəyədək kədər susqunluğuna bürünmüş dağlar indi "danışır", çiçəkləyir, kəpənək uçurdur, quş quşlayır, ov ovlayır, Günəşi salamlayır, Aya salavat çevirir...
"Buradan keçən yol artıq gərginliyə yox, aydın sabaha aparmalıdır". - Dağlar yolçusuna belə deyir...
Laçın bu gün Azərbaycan üçün Güney Qafqazın yeni düzənində strateji ağırlıq mərkəzidir.
Sınırlarımızı gücləndirdikcə, köçləri sürətləndirdikcə, kommunikasiya xəritələri açıldıqca Laçının önəmi daha da artır...
Bu səbəbdən 1 dekabr - Azərbaycanın dağlarda yazdığı yeni gələcəyin manifestidir," - araşdırmaçı-yazar sonda əlavə edib.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Sevda Dəniz