Ermənistanda iki arxiyepiskopdan revanşist bəyanat: Kilsə daxilində parçalanma daha da dərinləşir

Erməni Apostol Kilsəsində qalmaqal dayanmır. Son günlərdə yayılan intim video skandalı, ardınca Katolikos I Qareginin istefasını tələb edən episkoplar qrupu və indi də həbsdə olan iki arxiyepiskopun kəskin çıxışı - kilsə sisteminin parçalandığını aydın şəkildə göstərir.

Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, Mikael Acapahyan və Bağrat Qalstanyan cəzaçəkmə müəssisəsindən birlikdə bəyanat yayıb. Onlar Paşinyan hakimiyyəti ilə dialoqa gedən və Katolikosun istefasını tələb edən həmkarlarını "xainlik", "kilsə parçalanması" və "hakimiyyətlə gizli sövdələşmə"də ittiham etdilər. Bəyanatda açıq şəkildə bildirildi ki, bu proses kilsəni parçalamaq və siyasi hakimiyyətin maraqlarına tabe etdirmək cəhdidir.

Lakin burada diqqətdən qaçmayan mühüm məqam var: bəyanatın müəllifləri - Acapahyan və Qalstanyan - hazırda həbsdədir və hər ikisi uzun müddətdir revanşist dairələrlə əlaqədə olmaqda suçlanır. Yəni bu çıxış həm ideoloji, həm də siyasi çalar daşıyır. Kilsə daxilində parçalanmanı "hakimiyyətin işi" adlandırmaları daha çox öz mövqelərini qorumaq cəhdi kimi görünür.

Mətndə onlar Katolikos Qaregini müdafiə edir, müxalif episkopların tələbini rədd edir və təsir dairəsini saxlamaq üçün Qaregin II-dən fövqəladə toplanış - yepiskop yığıncağını çağırmağı tələb edirlər. Bu toplantıya özlərinin də qatılmasını şərt kimi göstərmələri isə prosesin kilsə maraqlarından çox şəxsi mövqe və nüfuz mübarizəsinə çevrildiyini göstərir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31