Azərbaycan və Türkiyə prosesi paralel aparır- ÖZƏL

"Ötən həftə Ermənistanın Baş nazirinin müavini M. Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında delimitasiya -demarkasiya komissiyasının növbəti iclasında iştirak etmək üçün Azərbaycana səfər etdi. İki ölkə arasında sayca 12-ci  iclas sərhəddə deyil,  Qəbələdə keçirilməsi iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar". Bunu "Olaylar"a Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Eyni gündə Türkiyə -Ermənistan nümayəndələri də görüş keçirib.  Azərbaycan və Türkiyə prosesi paralel aparır. Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Növbəti  birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin  bu ölkəyə səfər etməsi gözlənilir.
Qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə mane olmasının neytrallaşdırır. Hazırda Rusiya Ermənistana "demokratik" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamağı" təbliğatını aparır. Bir növ Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir. İki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır. 
Azərbaycan və Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "Yekun sülh" sülh müqaviləsinin imzalanması prosesi tez baş tutacaq. Təbii ki, Ermənistanda keçiriləcək parlament və konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan və Ermənistan arasında dövlətlər arasında xeyli irəliləyiş əldə edilir. İki ölkə arasında anklavlarla bağlı məsələlər də prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31